Sen 04, 2023 21:15 Asia/Baku
  • “Rusiya Ermənistan rəhbərliyindən narazıdır”

Rusiyanın ən böyük xəbər agentliyi olan TASS adını çəkmədiyi diplomatik mənbəyə istinadla Paşinyanın İtaliya mediyalarına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə cavab verib.

TASS diplomatik mənbəyə istinadla belə yazır: “Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya KİV-ə müsahibəsində Rusiya barədə bəyanatları tonuna görə qəbuledilməzdir, Moskvada bunlardan çox narazıdırlar.”

Paşinyan bildirib ki, Rusiya Cənubi Qafqazdan uzaqlaşır və Ermənistanın öz təhlükəsizliyini Rusiya ilə bağlamasını strateji səhv adlandırıb.

"Moskva Ermənistan rəhbərliyinin son açıq bəyanatlarından, o cümlədən Ermənistan baş nazirinin İtaliyanın La Repubblica qəzetinə verdiyi müsahibədəki fikirlərindən və Ermənistan Xarici İşlər Nazirliyinin 31 avqust tarixli şərhindən çox narazıdır, öz nöqsanlarına və səhvlərinə görə məsuliyyəti Rusiyanın üstünə atmaqla ton və məzmun baxımından onları qəbuledilməz sayır”, -agentliyin həmsöhbəti deyib.

Əsasən, Ermənistanın baş naziri Rusiyanın regiondan uzaqlaşmasının mümkünlüyünü bildirib. "Əslində Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar, üstəlik bu məqsədin reallaşması üçün vasitə kimi Yerevandan istifadə edirlər. Rusiya Ermənistanın yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Ancaq bu, ikitərəfli küçə olmalıdır: Ermənistan Rusiyanı sıxışdırmaq üçün Qərbin silahına çevrilməməliydi", - mənbə qeyd edib.

O əlavə edib ki, Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahələrində münasibətlərə "bir ölkənin digərindən asılılığı kimi yox, bərabərhüquqlu, qarşılıqlı faydalı və öz effektivliyini sübut etmiş tərəfdaşlıq kimi" baxır. 

 

 

Teqlər