Sen 12, 2023 15:29 Asia/Baku
  • Kim Çen In-ın Rusiyaya səfəri təsdiq edilib

Şimali Koreyanın mərkəzi informasiya agentliyi rəsmən bildiribdir ki, bu ölkənin rəhbəri Kim Çen In bazar günü axşam şəxsi qatarla Pxenyandan Rusiyaya yola düşüb.

Sözügedən agentlik bu gün səhər saatlarında Şimali Koreya rəhbərinin yolasalınma mərasimi barədə təsvirlər yayıb. Təsvirlərə əsasən, bu ölkənin yüksək vəzifəli rəsmilərindən bir qrupu mərasimdə iştirak edib.

Şimali Koreyanın mərkəzi informasiya agentliyi bu ölkə rəhbərinin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bildirsə də, onun zamanı və məkanına aydınlıq gətirməyibdir.

Kreml-in sözçüsü- Dmitri Peskov bazar ertəsi günü bu görüşün Moskvada keçiriləcəyi və əhatəli bir görüş olacağını bildirmişdi.

Keçən həftə Amerika/ Moskvaya silahların təqdim edilməsi üzrə ehtimal olunan razılaşmanı araşdırmaq məqsədilə Kim Çen In-ın Rusiyaya səfər etməsi ehtimalından xəbər vermişdi.

Şimali Koreya və Rusiyanın/ Kim Çen In-ın/ Vladimir Putinin dəvətilə Moskvaya səfər qərarını elan etmələrindən sonra Ağ Ev Pxenyanı Moskvaya silah təqdim etməməyə və ya satmamağa çağırdı.

 

Teqlər