Sen 12, 2023 15:33 Asia/Baku
  • Mərakeş zəlzələsində ölən və yaralananların sayı 5 min nəfəri keçib

Mərakeş daxili işlər nazirliyi zəlzələ tələfatı barədəki ən yeni statistikasında ölən və yaralananların sayını beş min nəfərdən çox elan edib.

Sentyabrın səkkizindən doqquzuna keçən gecə Mərakeşin mərkəzi hissəsində, son bir əsrdə bu ölkədə ən iri zəlzələ sayılan Rixter şkalası ilə 7,2 bal gücündə dəhşətli zəlzələ baş verdi.

Mərakeş daxili işlər nazirliyi bazar ertəsi günü axşam yaydığı ən son bəyanatında zəlzələ tələfatının 2681 nəfərə çatdığını bildirdi.

Nazirlik yaralıların sayını da 2501 nəfər elan edibdir.

Yardım dəstələri hal-hazırda uçqunları qaldırmaq, uçqunlar altında axtarışlar aparmaq və dəymiş ziyanları dəyərləndirməkdədirlər.