Putin Ukraynaya F-16 qırıcıları göndərməsinə görə, Qərbi tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i403502-putin_ukraynaya_f_16_qırıcıları_göndərməsinə_görə_qərbi_tənqid_edib
Rusiya prezidenti Qərb ölkələri tərəfindən Kiyevə F-16 qırıcılarının göndərilməsini tənqid edib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 12, 2023 14:35 Asia/Baku
  • Putin Ukraynaya F-16 qırıcıları göndərməsinə görə, Qərbi tənqid edib

Rusiya prezidenti Qərb ölkələri tərəfindən Kiyevə F-16 qırıcılarının göndərilməsini tənqid edib.

Vladimir Putin bu gün Rusiyanın Uzaq Şərq bölgəsində keçirilən iqtisadi forumda bildiribdir ki, Ukraynada müharibə bəhanəsilə Qərb ölkələri tərəfindən bu ölkəyə F-16 qırıcılarının göndərilməsi, yalnız Ukrayna müharibəsini daha da uzadacaq.

Ukrayna rəsmiləri son zamanlar deyiblər ki, bu ölkənin silahlı qüvvələri tezliklə öz qərbli müttəfiqlərindən F-16 qırıcıları alacaqlar.

Ukrayna prezidenti Vladimir Zelenski uzun müddətdir, Kiyevə F-16 qırıcıları vermələri üçün öz qərbli müttəfiqlərini təzyiq altında qoyub, amma hələ bu təyyarələrin təmini barədə bir qərar çıxarılmayıbdır.