Sen 15, 2023 17:00 Asia/Baku
  • “Cənubi Qafqazda antirusiya tramplininin yaradılmasına çalışırlar”

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimin ABŞ Senatında Ermənistana təhlükəsizlik və ABŞ-la əməkdaşlıq sahəsində dəstək verməsi ilə bağlı bəyanatları Cənubi Qafqazda antirusiya tramplininin yaradılmasına yönəlib.

Bu açıqlama ilə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski çıxış edib.

Komitə rəhbəri vurğulayıb ki, Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib ki, söhbət Ermənistanın Rusiya ilə deyil, ABŞ ilə tərəfdaşlığından getməlidir, açıq-aydın Rusiya əleyhinə yeni bir dövlət yaratmaq arzusundadır.

Qeyd edək ki, ötən gün Yuri Kim Ermənistanın Rusiyaya qarşı ABŞ-ın partnyoru olmaqla bağlı real qərar qəbul etməli olduğunu bildirib.

 

Teqlər