Sen 28, 2023 19:33 Asia/Baku
  • Putin Ermənistana gedir

Rusiya Prezidenti Vladimir Putin yaxın gələcəkdə Ermənistana səfər etməyi planlaşdırmır. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov eyni zamanda Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarını kəskin tənqid edib.

“Ermənistan çox yaxşı bilir ki, biz Roma Statutunun tərəfi deyilik və bunun əsasında qəbul edilmiş çətin qərardan, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsindən yaxşı xəbərdardır. Biz bilirik ki, bu, İrəvana çox yaxşı məlumdur. Bu bizim dəstəkləyəcəyimiz bir şey deyil”, - Peskov bildirib.

Kremlin sözçüsü Qarabağda separatçıların başçısının qondarma qurumu buraxması xəbərinədə münasibət bildirib: “Biz vəziyyəti diqqətlə izləyirik, ilk növbədə, təbii ki, humanitar aspektdən, bu, ən önəmlisidir. Sülhməramlılarımız insanlara kömək etməkdə davam edirlər. Çoxları Ermənistan ərazisinə köçmək arzusunu bildirir. İstəyənlərə dəstək verilir”,-Peskov deyib.

 

Teqlər