Çin-Ərəbistan birgə hərbi təlimləri keçiriləcək
Çin və Ərəbistanın dəniz qüvvələri gələn ay birgə hərbi təlimlər keçirəcəklər.
Çin müdafiə nazirliyinin sözçüsü Vu Qiyan bildiribdir ki: Ərəbistanla birgə hərbi dəniz təlimləri «Mavi qılınc 2023» adı altında oktyabr ayında Çinin Quandun əyalətinin Çjantszyan sularında keçiriləcək.
Bu hərbi təlimlər sərhədaşırı dəniz terrorizmi ilə mübarizə əməliyyatları, snayperlik taktikalarının məşq edilməsi, qayıqçılıq, helikopter enişi və müştərək xilasetmə əməliyyatı üzərində təmərküz edəcək- deyə, Çin müdafiə nazirliyinin sözçüsü vurğulayıb.
Vu əlavə edib: Çin və Ərəbistan iki ölkə orduları arasındakı əməliyyatlar və dostcasına həmkarlıqları daha da dərinləşdirmək və qüvvələr üçün real təlim səviyyəsini yüksəltmək istəyirlər.
Çin və Səudiyyə Ərəbistanı 2019-cu ildə də birgə hərbi dəniz təlimləri keçirmişdilər.