BMT: “ABŞ həbsxanaları irqçi və insan ləyaqətini alçaldıcı rejimlə işləyir”
Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ekspertləri ABŞ-dakı həbsxana təcrübələrini “irqçi və insan ləyaqətinin təhqiri” kimi qiymətləndiriblər.
Onlar ABŞ-da həbsdə olan qaradərili qadınların doğuş zamanı buxovlandığını, kişi məhbusların isə “köləlik” şəraitində işləməyə məcbur edildiyini sübuta yetirmiş bu rejimlə mübarizə üçün ABŞ cinayət ədliyyə sistemində əsaslı islahatların aparılmasını tələb etmişlər.
BMT-nin təyin etdiyi üç ekspert onların hesabatının aprel və may aylarında ABŞ həbsxanalarında aparılan yoxlamalara əsaslandığını bildirib.
Onlar iddi etmişlər ki, "zəncirə vurularaq körpələrini itirən hamilə qadınların dözülməz birbaşa ifadələrini" eşitmişlər. BMT rəsmisinin sözlərinə görə, bu zorakılığa məruz qalan qadınların hamısı qaradərilidir.