Okt 04, 2023 19:54 Asia/Baku
  • Qərb rəsmiləri İrəvanı təhrik edirlər

Şarl Mişel: Rusiya ermənilərə xəyanət etdi

Avropa İttifaqı Şurasının sədri Rusiyanın ermənilərə xəyanət etdiyini söyləyib.

Şarl Mişel "Euronews" telekanalına müsahibəsində deyib: “Rusiya Azərbaycanın Qarabağda antiterror tədbirlərinə heç bir reaksiya vermədi.

Onun sözlərinə görə, “Rusiya öz əsgərlərinin orada olmasını istəmiş, sabitlik və təhlükəsizliklə bağlı razılaşmalara zəmanət vermişdi. Lakin hücum qarşısında heç nə etmədi”.

Mişel eyni zamanda Azərbaycan və Ermənistan arasında vasitəçi olmaqda davam etmək niyyətində olduğunu bildirib.

 

Teqlər