Almaniyada sionist rejim bayrağı yandırılıb
Almaniyanın bir neçə şəhərində sionist rejim bayrağı cırılıb və yandırılıbdır.
Almaniya mediaları yerli rəsmilərə və polisə istinadla xəbər veriblər ki, bu ölkənin müxtəlif şəhərində sionist rejim bayraqları aşağı çəkilib, oğurlanıb və ya məhv edilibdir.
Almaniyada sionist rejim bayrağının yandırılmasının fonunda qeyd edək ki, bu ölkədə Fələstin hamilərinin aksiyalarının keçirilməsinin Berlin polisi tərəfindən qadağan olunmasına rəğmən, Almaniya vətəndaşlarından təqribən min nəfər ötən bazar ertəsi günü Fələstin xalqına dəstək istiqamətində Berlinin «Potsdamer Platz» meydanında bir araya gəlib. Almaniya polisi insanları dağıtmaq üçün onlarla toqquşubdur.
Sözügedən toqquşmanın fonunda qeyd edək ki, Almaniyanın bəzi digər şəhərlərində bu ölkə rəsmiləri tərəfindən Fələstin xalqına dəstək istiqamətində aksiya keçirmək üçün heç bir qadağa elan olunmayıbdır.