ABŞ sionist xaltasını Qəzzaya qurudan hücuma çəkir
Okt 19, 2023 14:26 Asia/Baku
Livanın "Əl-Əxbar" qəzeti yazıb ki, ABŞ prezidentinin sionist başçıları Qəzzə zolağına qarşı amansız müharibəsində onlara açıq dəstəyi sionist rejimin hökuməti ilə ordusu arasında böyük və geniş uçurumları aradan qaldırmaq üçün kifayət etməmişdir.
Bu dəstəklərdən yalnız cinayətlərin və hava hücumlarının davamı üçün dəstək və pərdə kimi istifadə edilib, lakin indiyədək hərbi planlar haqqında tam razılıq əldə olunmayıb. Amerikalıların hələ də əməliyyatın planları, məqsədləri və mexanizmləri ilə bağlı çoxlu sualları var, lakin dəqiq görünən odur ki, Təl-Əviv Qəzzaya qurudan hücuma qərar vermək üçün ABŞ-dan yaşıl işıq alıb.