Noy 11, 2023 11:36 Asia/Baku

Dünya Müsəlman Alimləri Birliyinin İctihad və Fətva Komitəsi “İşğalçı düşmənə qarşı hərtərəfli boykot fitvası” başlıqlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Oktyabrın 7-dən müqəddəs Fələstin torpağında müsəlmanlarla işğalçı sionist düşmən arasında davam edən şiddətli müharibə, düşmənin gücünü qırmaq üçün bütün ümmətin var gücü ilə hərtərəfli cihada getməsini tələb edir.

Müsəlmanlar İsrailin işğalçılığına son qoymaq üçün hərəkətə keçməlidir. Hökmdarların, elitaların və bütün müsəlmanların birləşdiyi nöqtə hər kəs üçün asan və əlçatan olan hərtərəfli boykotdur.

Sionist düşməni və ona kömək edənləri boykot etmək İslam şəriətinə görə bir öhdəlikdir.

İsrailə qarşı boykot siyasəti diplomatiya, iqtisadiyyat, media, turizm, təhsil, idman və düşməni zəiflədəcək bütün digər sahələri əhatə etməli, İslam ölkələri və onların xalqı düşmənlə əlaqələri kəsməlidir”.

Müsəlman Alimlər Birliyinin fətvasında İslam şəriətindən, xüsusilə Qurandan İsrailə qarşı hərtərəfli boykot üçün səbəblər göstərilib.