2023-cü il yer kürəsində ən isti il kimi təqdim edilib
https://azeri.sahartv.ir/news/dünya-i406654-2023_cü_il_yer_kürəsində_ən_isti_il_kimi_təqdim_edilib
İran hidrometeorologiya təşkilatının sədri atmosfer hadisələri prosesinə işarə ilə deyibdir ki, iki min iyirmi üçüncü il, xüsusən də noyabr və dekabr ayları yer kürəsinin ən isti günləri kimi tanınıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Dek 19, 2023 10:20 Asia/Baku
  • 2023-cü il yer kürəsində ən isti il kimi təqdim edilib

İran hidrometeorologiya təşkilatının sədri atmosfer hadisələri prosesinə işarə ilə deyibdir ki, iki min iyirmi üçüncü il, xüsusən də noyabr və dekabr ayları yer kürəsinin ən isti günləri kimi tanınıb.

İran yol və şəhərsalma nazirinin müavini və ölkənin  hidrometeorologiya təşkilatının sədri Səhər Tacbəxş dünən sənaye və nəqliyyat üzrə yeddinci beynəlxalq sərginin kənarında keçirilən mətbuat konfransında əlavə edib: Bölgəmiz son dərəcə iqlim dəyişikliyinin nəticələrinin təsiri altında qərar tapıb. Ölkəmizdəki yağıntıların miqdarı dünya üzrə orta göstəricidən aşağıdır.

O, vurğulayıb: Bir çox yağıntı və atmosfer təhlükələri/ dünyada temperaturun artması gedişatına malik olan iqlim dəyişikliyindən irəli gəlir.