Dek 20, 2023 20:31 Asia/Baku
  • Rusiya rəhbəri avropalıları əmin etdi

Putin: NATO ilə müharibə etmək niyyətində deyilik

Rusiya prezidenti Moskvanın NATO və Avropa ilə müharibə etmək niyyətində olmadığını vurğulayıb.

Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib: “NATO-nun fəaliyyəti kəskin şəkildə artıb və Amerika qüvvələri, o cümlədən onların hava donanması Rusiya sərhədləri yaxınlığında yerləşdirilib. Həmçinin Şərqi və Mərkəzi Avropada NATO qüvvələrinin sayı artıb.”

Qərbin NATO-nu Şərqdə genişləndirməmək öhdəliyinə toxunan Putin deyib ki, onlar hər addımda və utanmadan yalan danışırlar.

Rusiya prezidenti Ukrayna ilə müharibədə ölkə qüvvələrinin təşəbbüskarlığını vurğulayaraq deyib: “Rusiya Federasiyası xüsusi hərbi əməliyyatda öz məqsədlərindən əl çəkməyəcək.”

O, daha sonra bildirib ki, Ukraynadakı müharibə Qərbin hərbi texnikasının məğlubedilməzliyi mifini məhv edib.

 

 

Teqlər