BMT Təhlükəsizlik Şurasında Qəzzə barədə qətnamə qəbul edilib
ABŞ və Rusiyanın bitərəf səslərilə Qəzzə barədə qətnamə qəbul edilib.
BMT Təhlükəsizlik Şurası Qəzzə zolağına humanitar yardımların göndərilməsini genişləndirəcək qətnamə qəbul edib.
BMT Təhlükəsizlik Şurası cümə günü gecə bir qətnamə qəbul etdi. Qətnamədə Qüdsü işğal etmiş rejimdən istənildi ki, Qəzzə zolağının hər yerinə humanitar yardımların göndərilməsinə şərait yaratsın.
Qətnamə Təhlükəsizlik Şurasının on beş səsindən on üç lehinə səs qazandı. İki daimi üzv kimi şurada veto haqqına malik olan Amerika və Rusiya sözügedən qətnaməyə bitərəf səs veriblər.
Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi bildiribdir ki, qətnamə/ hakimiyyətdə qalması üçün Həmas-a kömək edəcək heç bir layihəyə dəstək vermir.
Qətnaməyə əsasən, yardımın göstərilməsinin genişləndirilməsinə nəzarət məsələsinə bir BMT nümayəndəsi təyin olunacaq- deyə, o, əlavə edib.
Qəzzə ilə bağlı qətnamə layihəsinin mətni Amerikanın təzyiqləri üzündən öz prinsiplərindən boşaldılıbdır. Bunu, Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Vasili Nebenzya vurğulayıb.
O, xüsusən// «düşmənçiliklərin dayanıqlı şəkildə dayandırılması üçün şərait»in yaradılmasını istəyən qətnamənin zəif dili və ifadə tərzini tənqid edib. Bildiribdir ki, döyüşləri durdura bilməyəcək sözügedən qətnamə öz əməliyyatını davam etdirməsi üçün İsrail rejiminin əlini açıq qoyacaqdır.
Rusiya nümayəndəsi bu qətnaməyə yardımlara daha çox əlçatanlıq üçün müharibənin «dayandırılması»nı istəyən bir düzəliş təqdim edib.
Təhlükəsizlik Şurasında aparılan səsvermədə şuranın on beş üzvündən on üzvü düzəlişin lehinə, dörd üzv isə bitərəf səs verib. Öz veto haqqından istifadə edən Birləşmiş Ştatlar isə sözügedən düzəlişin əleyhinə səs verən yeganə ölkə olubdur.
Qeyd edək ki, ötən günlərdə Təhlükəsizlik Şurasında Qəzzə barədə qətnamə layihəsinin səsə qoyulmasına bir neçə dəfə cəhd göstərilsə də, bu addım ABŞ-ın sabotajı ilə təxirə salınıbdır.