UNİCEF Qəzzədə qida çatışmazlığı haqda xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i406814-unİcef_qəzzədə_qida_çatışmazlığı_haqda_xəbərdarlıq_edib
BMT-nin uşaq fondu- YUNİSEF(UNICEF), Qəzzədə kəskin qida çatışmazlığından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2023 15:22 Asia/Baku
  • UNİCEF Qəzzədə qida çatışmazlığı haqda xəbərdarlıq edib

BMT-nin uşaq fondu- YUNİSEF(UNICEF), Qəzzədə kəskin qida çatışmazlığından xəbər verib.

YUNİSEF-in məlumatında deyilir ki, Qəzzədəki uşaqların səksən faizindən çoxu sözügedən problemdən əziyyət çəkir. YUNİSEF Qəzzə zolağındakı uşaqların fəlakətli və acınacaqlı durumu haqda xəbərdarlıq edib.

BMT-nin uşaq fondu həmçinin bildiribdir ki, Qəzzədə beş yaşınadək olan minlərlə uşaq pis qidalanma səbəbindən şəhid ola bilər.

Təşkilatın bəyanatında deyilir ki: Bu qəbuledilməz təhlükə Qəzzə zolağındakı səhiyyə və qida sistemlərinin tam dağılmanın şahidi olduqları bir zamanda baş verir.