Dek 25, 2023 14:04 Asia/Baku
  • ABŞ-ın dəniz ittifaqı niyə uğursuz oldu?

ABŞ-ın Qırmızı Dənizdə qurmaq istədiyi koalisiya Avropa ölkələrinin ondan çıxması ilə dağılır.

Qəzzə müharibəsi zamanı sionist rejimə dəstək vermək və Yəmənin Qırmızı Dənizdə işğal olunmuş Fələstinə gedən gəmilərə qarşı hücumlarına qarşı çıxmaq üçün Amerika beynəlxalq dəniz koalisiyasını elan edib. Hazırda isə bu iddia edilən koalisiya indi Avropa ölkələrinin çıxması ilə dağılır.

Fransa, İspaniya və İtaliya Qırmızı Dənizdə ABŞ-ın rəhbərlik etdiyi dəniz koalisiyasında iştirakını rəsmən ləğv edərək döyüş gəmilərini ABŞ komandanlığına təhvil verməkdən imtina ediblər. Üç Avropa ölkəsi ABŞ-ın deyil, yalnız Birləşmiş Millətlər Təşkilatı, NATO və ya Avropa Birliyinin komandanlığı altında əlavə dəniz əməliyyatlarına qoşula biləcəklərini vurğulayıblar. Bundan əvvəl ABŞ prezidenti Co Baydenə xəbərdarlıq edilmişdi ki, onun dəniz əməliyyatlarını heç kim ciddi qəbul etməyəcək.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daha əvvəl bu dəniz koalisiyasına qoşulan ölkələrin sayının 20 ölkəyə yüksəldiyini açıqlamışdı.

Ötən həftələr ərzində Yəmən ordusu Qəzzə zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq Qırmızı Dəniz və Bab əl-Məndəb boğazında sionist rejimin bir neçə gəmisini hədəfə alıb. Gəmilərinin təhlükəsizliyini təmin edə bilməyən sionist rejim bu problemi həll etmək üçün Amerikadan kömək istəyib; Amma ABŞ-ın rəhbərlik etdiyi yeni dəniz koalisiyasının yaradılması da nəticə vermir.

Yəmənin işğal olunmuş Fələstinə doğru hərəkət edən və ya sionist rejimlə əlaqəli ticarət gəmilərinə hücumları İsrailə ciddi ziyan vurub. Çünki onun xarici ticarətinin 90%-dən çoxu dənizdən asılıdır.

Hazırkı şəraitdə gəmiçilik şirkətlərinin 50%-dən çoxu təyinat yerini dəyişməyə və ya İsrail üçün hər hansı bir yük daşımalarını hələlik dayandırmağa məcbur olublar.  

İndi üç mühüm Avropa ölkəsinin Qırmızı Dənizdəki Amerika dəniz koalisiyasından çıxmasını elan etməsi işləri bir qədər də çətinləşdirir. Eyni zamanda, NATO-ya üzv olan üç Avropa ölkəsinin ABŞ-ın hərbi dəniz alyansından çıxdıqlarını elan etmələri Vaşinqtona etimadsızlığı göstərir və bəlkə də ABŞ-ın İsrailin hərbi əməliyyatlarını davam etdirməsini dəstəkləməsinə bir növ etirazdır.