Rusiya prezidenti İranla Avrasiya İqtisadi İttifaqı arasındakı sazişdən danışdı
Putin: İranla azad ticarət sazişi böyük əhəmiyyət kəsb edir
Dek 26, 2023 12:17 Asia/Baku
Rusiyanın dövlət başçısı bəyan edib ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) İranla azad ticarət sazişi əlaqələrin gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Vladimir Putin Peterburqda keçirilən Aİİ sammitində çıxışı zamanı deyib: “Bu saziş Avrasiya İttifaqının Avrasiya regionunun ən böyük və texnoloji cəhətdən inkişaf etmiş iqtisadiyyatlarından biri ilə əlaqələrinin gücləndirilməsi kontekstində həqiqətən də ciddi əhəmiyyət kəsb edə bilər”.
Onun sözlərinə görə, saziş qüvvəyə mindikdən sonra, demək olar ki, bütün kateqoriyalarda istehsal olunan mallar geniş İran bazarına - 90 milyon nəfərə rüsumsuz çıxış əldə edəcək.