ABŞ Qırmızı dəniz koalisiyasında uğursuz qalıb
Amerikanın müttəfiqləri sionist rejimlə müttəfiq olmaq qorxusundan Qırmızı dənizdə Vaşinqtonun rəhbərliyi altında olan dəniz koalisiyasına qoşulmaq istəmirlər.
Məzlum Fələstin xalqını himayə məqsədilə Yəmən ordusu noyabrın 19-dan Qırmızı dənizdə hücumlara başlayıb. Yəmən milli qurtuluş hökuməti bildiribdir ki, bu hücumlar sionist rejimin Qəzzədəki hücumlarının kəsiləcəyi zamanadək davam edəcək.
Bu üzdən, Amerika prezidenti Co Bayden yeni dəniz koalisiyası yaratmaqla Yəmən milli qurtuluş hökuməti qüvvələrinin Qırmızı dənizdə İsrail rejimi gəmilərinə qarşı hücumlarına qətiyyətli beynəlxalq cavab vermək istəyir. Lakin bu koalisiya nakam qalıb və işə salınmasından bir həftə keçsə də, Amerikanın müttəfiqlərindən bir çoxu onunla əyani əlaqəyə malik olmaq istəmir.
Bu koalisiyada iştirak, hərbi gəminin göndərilməsindən tutmuş, nümayəndə kimi bir məmurun göndərilməsinədək geniş spektrə şamil olur.
Röyters-in yazdığına görə, bundan öncə sözügedən koalisiyada iştirak edəcəyini bildirmiş Amerikanın Avropadakı iki müttəfiqi- İtaliya və İspaniya ayrı-ayrılıqda yaydıqları bəyanatlarda öz adlarını həmin koalisiyadan silməyə çalışıblar.