Yan 17, 2024 14:50 Asia/Baku
  • Quterreş xunta İsrail rejimini növbəti dəfə tənqid etdi

Qəzzə müharibəsi başlayandan bəri BMT-nin 152 əməkdaşı öldürülüb

BMT-nin baş katibi Qəzzə müharibəsi başlayandan bəri bu təşkilatın 152 əməkdaşının həlak olduğunu bildirib.

Antonio Quterreş humanitar işçilərin böyük təzyiq altında olduqlarını, onların heç bir təhlükəsizlik zəmanəti almadıqlarını, lakin anklav daxilində yardım göstərmək üçün əllərindən gələni etdiklərini vurğulayıb.

O, jurnalistlərlə söhbəti zamanı deyib ki, bunlar BMT-nin tarixində ən böyük itkilərdir.

 

Teqlər