USCENTCOM İraqda müqavimətin mövqelərinə hücum edib
USCENTCOM «Kətaib Hizbullah»ın İraqdakı mövqelərinə qarşı hücumdan xəbər verib
ABŞ Mərkəzi Komandanlığı- USCENTCOM, «Kətaib Hizbullah»ın İraqdakı mövqelərinə hücum etdiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı bu gün səhər saatlarında «X» sosial şəbəkəsindəki istifadəçi hesabında yazıb: USCENTCOM qüvvələri yanvarın iyirmisi və iyirmi dördündə İraqın qərbində yerləşən Əynuləsəd hava bazasına qarşı keçirilən hücumlar da daxil olmaqla «Kətaib Hizbullah» qrupunun hücumlarına cavab olaraq, bu qrupun və İraqda İrana bağlı olan digər qrupların istifadə etdikləri üç təsisata qarşı birtərəfli hava hücumları keçiriblər.
ABŞ Mərkəzi Komandanlığı əlavə edib: Bu hücumlar «Kətaib Hizbullah»ın qərargahları, hücum PUA-ları imkanları, raketdən istifadə üzrə təlim məkanları və anbarı hədəfə alıb.
İraq mediaları bundan öncə bildirmişdilər ki, Amerika islami müqavimətin İraqdakı mövqelərinə hücum edib.
Bu məlumata əsasən, İraq-İordaniya sərhədində yerləşən Trebil keçidinin yaxınlığındakı bir bölgə və Curf əl-Nəsr bölgəsində yerləşən hərbi akademiya hücumlara məruz qalıblar.
İraqın Babil vilayətinin müalicə idarəsi də bildiribdir ki, bir neçə ambulans Curf əl-Nəsr-də həyata keçirilmiş hücum məkanlarına göndərilib və xəstəxanaların təcili yardım bölmələri də hazır vəziyyətə gətiriliblər.
Bundan qabaq Əlməyadin telekanalı xəbər vermişdi ki, Curf əl-Nəsr-ə qarşı hava hücumundan sonra azı beş güclü partlayış səsi eşidilib.
Əlcəzirə telekanalı da bildiribdir ki, İraqın qərbində yerləşən Əlqaim şəhərinin bir hissəsi də amerikalıların hücum hədəfinə çevrilibdir.