Yan 31, 2024 17:14 Asia/Baku
  • Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

Əsassız ardıcıl İrana qarşı ittihamların fonunda İngiltərənin Tehrandakı səfiri Saymon Şerklif Qərbi Avropa üzrə Baş direktor tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə səfirə İran İslam Respublikasının sərt etiraz nota çatdırılıb.

Qərbi Avropa üzrə Baş direktoru Məcid Nili Əhmədabadi bu çağırışda Britaniyanın sanksiyalarını saxta bəhanələrlə və qeyri-qanuni olduğunu və əsassız ittihamlarla verildiyini bildirmiş və bunu qəti şəkildə pisləmişdir.

O, həmçinin Britaniya hökumətinin əsassız ittihamları İran əleyhinə kompaniyaların növbəti halqası kimi qiymətləndirmiş, ölkələr arasında belə bir  mənfi atmosferin uğursuzluğa düçar olacağını diqqətə çatdırıb.

" Bu, sadəcə Mütəşəkkil terror qruplaşmalarının, narkotik ticarəti və cinayətkar dəstələrin qurucusu və dəstəkçisi olan bir ölkənin daim terrorla mübarizədə ön cəbhədə durmuş İran İslam Respublikasına etdiyi acı istehzalardır” deyə Məcid Nili sözünə davam edib.

Britaniya səfiri də bu notanın ölkəsinə çatdıracağını bildirib.

 

Teqlər