Amerika bazaları hədəfə alındı
https://azeri.sahartv.ir/news/dünya-i408064-amerika_bazaları_hədəfə_alındı
İraq Müqaviməti ABŞ-ın yeni təcavüzünə cavab olaraq bu ölkənin Eyn əl-Əsəd bazasını və Suriyadakı iki ayrıca qeyri-qanuni amerikan bazasını vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2024 09:57 Asia/Baku
  • Amerika bazaları hədəfə alındı

İraq Müqaviməti ABŞ-ın yeni təcavüzünə cavab olaraq bu ölkənin Eyn əl-Əsəd bazasını və Suriyadakı iki ayrıca qeyri-qanuni amerikan bazasını vurub.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, İraq İslami Müqaviməti şənbə günü yaydığı bəyanatda bildirib ki, Suriyada yerləşən Əl-Tənf və əl-Xədra kəndində Amerika bazalarını pilotsuz təyyarələr və raketlərlə hədəfə alıb.

Bu bəyanatda əlavə edilib ki, İraqın qərbində yerləşən işğalçı qüvvələrin qərargahı olan Eyn əl-Əsəd bazasına da raketlərlə zərbə endirilib.