Fev 05, 2024 11:43 Asia/Baku
  • Sanders: Amerika Netanyahunun döyüş maşınına bircə dollar belə verməməlidir

Amerikalı senator Berni Sanders vurğulayıb ki, İsrail baş nazirinin döyüş maşınına ABŞ-ın dövlət büdcəsindən bircə dollar belə verilməməlidir.

İRNA-nın məlumatına görə, Sander X kanalında verdiyi açıqlamada yazıb: “Amerika Benyamin Netanyahunun Qəzzə xalqına qarşı dəhşətli müharibəsini maliyyələşdirməyə davam etməməlidir; Təkcə 27 000 fələstinlinin öldürülməsi və 67 000 fələstinlinin yaralanmasına görə yox; Təkcə Qəzzədə dağılmış və ya zədələnmiş 70.000 evə görə yox; Təkcə öz evlərindən qovulmuş təxminən 1,7 milyon insana görə yox; Təkcə aclıqdan ölən yüz minlərlə fələstinli uşağa görə yox; Həm də beynəlxalq ictimaiyyətdəki nüfuzumuza görə”.

Vermont ştatından olan bu müstəqil senator əlavə edib: “Netanyahunun kor-koranə müharibəsini maliyyələşdirməyə davam etsək, o zaman Rusiya prezidentinin Ukraynada mülki əhalini və infrastrukturu hədəf alan hərəkətini necə açıq şəkildə tənqid edə bilərik? Çini, Səudiyyə Ərəbistanını və digər ölkələri insan haqlarını pozduğuna görə necə tənqid edə bilərik?”

Qəzzənin Səhiyyə Nazirliyi bazar günü elan edib ki, sionist rejimin oktyabrın 7-dən Qəzzə zolağına qarşı təcavüzü nəticəsində 27 min 365 fələstinli şəhid olub, 66 min 630 nəfər isə yaralanıb.

Nazirlik çoxlu sayda qurbanın hələ də dağıntılar altında və küçələrdə qaldığını, işğalçı sionistlərin onlara yardım almasına icazə vermədiyini açıqlayıb.

Xatırladaq ki, xunta rejimi “Əl-Əqsa Tufanı” əməliyyatına cavab vermək, uğursuzluğunu kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzzə zolağının keçidlərini bağlayıb və bu ərazini bombalamağa davam edir.