Rəsmi Moskva aktivlərinə həbs qoyulmasına münasibət bildirdi
https://azeri.sahartv.ir/news/dünya-i408410-rəsmi_moskva_aktivlərinə_həbs_qoyulmasına_münasibət_bildirdi
M.Zaxarova: Rusiyanın cavabı çox sərt olacaq
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2024 07:07 Asia/Baku
  • Rəsmi Moskva aktivlərinə həbs qoyulmasına münasibət bildirdi

M.Zaxarova: Rusiyanın cavabı çox sərt olacaq

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xəbərdarlıq edib ki, bu ölkənin Qərbdəki aktivlərinə həbs qoyulmasına Moskvanın cavabı çox sərt olacaq.

Mariya Zaxarova deyib: “Bu, oğurluqdur. Bu, sizə aid olmayanı özünüz üçün mənimsəməkdir. Cavabımız çox sərt olacaq. Onlara rəftar oğrulara göstərilən rəftara bənzəyəcək”.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen 2023-cü il noyabrın 8-də bəyan edib ki, kollektiv Qərb Rusiya Federasiyasının təxminən 300 milyard dollarlıq dondurulmuş aktivlərini qaytarmayacaq. Vəsaitin Ukraynanın bərpasına sərf ediləcəyi bildirilib.