Fev 16, 2024 15:41 Asia/Baku
  • “X” sosial şəbəkəsində Press TV-nin təsdiq edilmiş loqosu yığışdırılıb

“X” sosial şəbəkəsi son zamanlar ingilisdilli Press TV kanalının və bir neçə digər İran mediasının təsdiqlənmiş istifadəçi hesablarından loqonu və ya mavi və qızılı işarələri silib.

Bu addım cümə axşamı günü "texnologiyanın şəffaflığı layihəsi" adlı qrup tərəfindən məlumatın yayılmasından sonra atılıb. Həmin məlumatda belə bir məsələyə işarə edilmişdi ki, «X» Amerika hökuməti tərəfindən sanksiya edilmiş şəxslərə və qruplara aid olan bir neçə istifadəçi hesabına premium və pullu xidmətlər təqdim edir.

Sözügedən məlumatda ingilisdilli Press TV, ispandilli Hispan TV, ərəbdilli Əlaləm kanalları, həmçinin İrandakı bir neçə informasiya agentliyi və vebsaytı, o sırdan Təsnim, İRNA və Mizan xəbər agentlikləri, İran dövlətinin rəsmi informasiya vebsaytının istifadəçi hesabları siralanıb.

Sözügedən loqoların kanallar və informasiya agentliklərindən silinməsinin fonunda qeyd edək ki, sionist rejim lobbisi bu rejimin Qəzzə zolağında törətdiyi cinayət və soyqırımlarını ifşa edən medialara böyük təzyiqlər göstərir. Hazırda faktlara əsasən, «X»in sahibi- İlon Mask da bu təzyiqlərə təslim olubdur.

Press TV kanalının «X»dəki istifadəçi hesabı təqribən 329 min izləyici ilə 2010-cu ilin sentyabrında işə salındı. Bu istifadəçi hesabı qızıl loqoya malik idi.