Fev 19, 2024 18:49 Asia/Baku
  • Avropa Parlamenti sionist rejimini FİFA-dan kənarlaşdırılmasını tələb edib

“İsrail Qəzzə əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə görə beynəlxalq futbol yarışlarından kənarlaşdırılsın”- Avropa Parlamentinin bir qrup nümayəndəsi FİFA və UEFA-ya məktub göndərərək yazılı müraciət edib.

Bu məktubunda deyilir:"Həm FİFA, həm də UEFA futbol oyunları ilə insanlar arasında bərabərliyi, qarşılıqlı hörməti və hüquqların təmin edilməsinə öhdədardır. Lakin, bütün bunların bu gün Qəzzədə tadandığının şahidi oluruq"Qeyd edən ki, bundan öncə İran da daxil olmaqla 12 ərəb ölkəsi FİFA-ya İsrail rejiminin kənarlaşdırılmasını tələb etmişdi.Avropa Parlamentinin nümayəndələri həmçinin bildiriblər ki, futbol Fələstin xalqının işğalına və məhvinə haqq qazandırmamalıdır. Buna görə də biz Qəzzədə soyqırım bitənə qədər İsrail milli komandasının və futbol klublarının bütün Avropa və beynəlxalq yarışlardan dərhal məhrum edilməsini istəyirik.

Teqlər