Fev 20, 2024 12:20 Asia/Baku
  • Lula da Silva: Qəzzədə baş verənlər müharibə deyil, soyqırımdır

Braziliya prezidenti Lula da Silva sionist İsrail rejimini Qəzzədə soyqırımı törətməkdə ittiham edib, ardınca tərəflər arasında diplomatik böhran yaranıb.

Prezident bildirib ki “Müharibə ordular arasında olur, burada isə bir tərəfdə ən müasir ordu, digər tərəfdə əliyalın qadın-uşaqlardır. Tarixdə hələ belə bir cinayət olmayıb. Olsa-olsa bunu Hitlerin etdikləri ilə müqayisə etmək olar”.

İsrail Braziliya prezidentinin bu sözlərinə görə ölkə səfirini XİN-ə çağırıb və ‘ayıb olsun’ deyib. Sonra da Qəzzə müharibəsini Holokostla müqayisə etdiyi üçün Braziliya prezidenti Luis İnasio Lula da Silva arzuolunmaz şəxs elan edilib.

Diplomatik böhranın davamında xunta rejiminin bu hərəkətinə cavab olaraq İsrail səfiri Braziliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bildirilib ki, səfir Braziliya prezidenti Luis İnasio Lula da Silvanın İsraildə "persona non-qrata" elan edilməsi səbəbindən XİN-ə çağırılıb.

Bununla əlaqədar Braziliya prezidentinin xüsusi nümayəndəsi Selso Amorim bildirib ki, prezident Lula da Silva İsraildən üzr istəməyəcək. Çünki üzr istəmək üçün heç nə yoxdur.