Rusiya Avropa Birliyini tənqid edib
Rusiyanın BMT-dəki nümayəndəsi Avropa Birliyinə üzv ölkələrin Qəzzə barədəki zəif mövqelərini və ikili standartlarını tənqid edib.
Cümə günü BMT Təhlükəsizlik Şurasının Ukrayna barədəki iclasında çıxış edən Vasili Nebenzya bildirib ki, Avropa Birliyinə üzv ölkələrin nümayəndələrinin bu iclasdakı çıxışlarına qulaq asmayacaq.
Rusiyanın bu baş diplomatı söyləyib: Öncədən xəbərdarlıq etmək istəyirəm ki, mən Avropa Birliyi nümayəndələrinin əfsun oxumalarını dinləməyəcəyəm.
O, əlavə edib: İcazə verin, onlar özlərilə xoş-beş eləsinlər/ və riyakarcasına çıxışları ilə/ iclası bulaşdırmasınlar.
Avropa ölkələrinin Qəzzə qarşısındakı rəftarlarını tənqid edən Nebenzya deyib: Xatırlatmaq istəyirəm ki, Avropa Birliyinə üzv ölkələrin heç biri və ümumilikdə, Qərb/ Təhlükəsizlik Şurasında Qəzzə barədə hətta bir iclasın belə, təşkili üçün əsla təşəbbüs göstərməyiblər.
Rusiyanın bu yüksək vəzifəli diplomatı sonra vurğulayıb: Bu məsələnin/ sizin riyakarlıqlarınız və ikili standartlarınızdan daha çox deməyə sözü var