Cənubi Afrikadan dünya ölkələrinə çağırış:
“Haaqada İsrailin əleyhinə şəhadət verin!”
Fev 26, 2024 12:53 Asia/Baku
Cənubi Afrika Fələstin xalqını dəstəkləmək və Qəzzədə müharibəni dayandırmaq üçün səylərinin davamında dünya ölkələrini Haaqa Məhkəməsində sionist rejim əleyhinə ifadə verməyə çağırıb.
Cənubi Afrikanın Hollandiyadakı səfiri Vasimozi Madunsela bildirib ki, soyqırım cinayətinə görə İsraili cəzalandırmaq lazımdır və Cənubi Afrika Beynəlxalq Ədalət Məhkəməsindən bunu gözləyir.
Səfir ölkəsinin sionist rejim əleyhinə şikayət verməsinin səbəblərini açıqlayaraq deyib: “Aparteid rejimi altında birbaşa zülmdən əziyyət çəkmiş bir ölkə kimi eyni vəziyyətdən başqalarının əziyyət çəkməsinin qarşısını almaq bizim üçün çox vacib idi”.