Cənubi Afrika İsraili təqib edir
“Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl olumalıdır”
Cənubi Afrika hökuməti sionist rejimin Qəzzə zolağında soyqırımın qarşısının alınmasının zəruriliyi ilə bağlı ilkin məhkəmə qərarına tabe olmaqdan imtina etməsindən narahatlığını bildirib.
Cənubi Afrikanın xarici işlər naziri Naldi Pandor bu haqda “Əl-Məyadin” telekanalına müsahibəsində deyib: “Pretoriya Beynəlxalq Ədalət Məhkəməsi ilə əlaqə saxlayaraq, İsrailin Qəzzədə soyqırımın qadağan edilməsi ilə bağlı məhkəmə qərarını yerinə yetirməsində israrlıdır”.
O, İsrail rejiminin Fələstin xalqına qarşı soyqırım törətdiyinə diqqət çəkərək əlavə edib: “İsrailin Qəzzə zolağındakı hərəkətləri Təl-Əvivin həqiqətən də Fələstin xalqını məhv etmək niyyətində olduğuna dair fikirlərimizi təsdiqləyir”.
Nazir sonda ölkəsinin “Qəzzə zolağında soyqırımın baş verdiyinə dair inamla bağlı obyektiv arqumentlərlə irəliləmək” niyyətində olduğunu vurğulayıb.