Hindistan Azərbaycana acıq verir
Ermənistana zenit-raket kompleksinin tədarükünə başlandı
Hindistan Ermənistana “Akash-SAM” yer-hava zenit-raket komplekslərini tədarük etməyə başlayıb.
Bu barədə "Indian Defense Updates" nəşrinin məlumatında deyilir.
Sifarişin dəyəri 600 milyon dollar təşkil edib
Xatırladaq ki, Fransa və Hindistanın ardınca Yunanıstan da Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək yolundadır.
Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Ermənistana səfəri zamanı İrəvanda əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib.
Razılaşmaya əsasən, Yunanıstanın hərbi təhsil müəssisələrinin kurslarında erməni hərbçilərin sayı artırılacaq.
Azərbaycanlı politoloq Elxan Şahinoğlu bu vəziyyətin qəbuledilməz olduğunu qeyd edərək bildirib ki, Fransa, Hindistan və Yunanıstan Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirərkən, Azərbaycan amilini diqqətə almırlar.