Kreml barışmaz mövqedə dayanıb
https://azeri.sahartv.ir/news/dünya-i409135-kreml_barışmaz_mövqedə_dayanıb
Putin: Rusiya və Ukraynanın birləşməsi qaçılmazdır
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 07, 2024 15:25 Asia/Baku
  • Kreml barışmaz mövqedə dayanıb

Putin: Rusiya və Ukraynanın birləşməsi qaçılmazdır

Rusiya rəhbəri bəyan edib ki, onun ölkəsi ilə Ukraynanın mənəvi müstəvidə yenidən birləşməsi qaçılmazdır.

Vladimir Putin Ümumdünya Gənclər Festivalında çıxışı zamanı deyib: “Mən əminəm ki, sizin kimi insanların sayəsində gec-tez, ən azı, mənəvi müstəvidə birləşmə baş verəcək. Bu qaçılmazdır”.

Putin vurğulayıb ki, buna mane olan hər şeyi kökündən silmək lazımdır.

Bu arada Kremlin sözçüsü Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun Ukraynaya ordu göndərmək təklifinə toxunaraq bunun təhlükəli olduğunu bildirib.

O deyib ki, bu, Ukrayna münaqişəsindəki vəziyyəti daha da pisləşdirəcəkdir.