Mart 09, 2024 15:24 Asia/Baku
  • “NATO yeni müharibələrə hazırlaşır”

Rusiya Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, NATO alyansı dünyada yeni müharibələrə hazırlaşır.

Nikolay Patruşev deyib: “NATO qüvvələrinin Avropada davam edən təlimləri zamanı Rusiya ilə silahlı qarşıdurma ssenarisi hazırlanır ki, bu da gərginliyi artırır və dünyada vəziyyəti qeyri-stabilləşdirir”.

Patruşev Şimali Qafqaz Federal Dairəsinin regionlarında təhlükəsizlik məsələləri ilə bağlı iclasda qeyd edib: “Birləşmiş Ştatların yaxın tarixdə dağıdıcı rolu göz qabağındadır. Heç bir ölkə bu qədər müharibələr və hərbi münaqişələr, dağıdıcı iqtisadi böhranlar törətməyib”.

Onun sözlərinə görə, Vaşinqtonun digər dövlətlərə təsirinin mühüm aləti Rusiyanın qərb sərhədlərinə çox yaxınlaşan aqressiv NATO blokudur.

Patruşev xatırladıb ki, NATO-nun Asiya-Sakit okean regionunda və Arktikada mövcudluğunu daha da genişləndirmək planları var.