ABŞ prezidenti gah nala vurur gah mıxa
https://azeri.sahartv.ir/news/dünya-i409203-abŞ_prezidenti_gah_nala_vurur_gah_mıxa
ABŞ prezidenti ziddiyyətli bəyanatlarında İsrailin Rəfəhə hücumunu "qırmızı xətt" adlandırıb, lakin eyni zamanda sionist rejimi dəstəkləməkdə davam etdiyini və bu rejimi müdafiə etməyin həyati əhəmiyyət daşıdığını bildirib.
(last modified 2024-03-10T11:51:53+00:00 )
Mart 10, 2024 15:51 Asia/Baku
  • ABŞ prezidenti gah nala vurur gah mıxa

ABŞ prezidenti ziddiyyətli bəyanatlarında İsrailin Rəfəhə hücumunu "qırmızı xətt" adlandırıb, lakin eyni zamanda sionist rejimi dəstəkləməkdə davam etdiyini və bu rejimi müdafiə etməyin həyati əhəmiyyət daşıdığını bildirib.

ABŞ prezidenti Co Bayden "MSNBC" müxbirinin Vaşinqtonun İsrail rejiminin baş naziri Benyamin Netanyahuya qoyduğu qırmızı xəttlə bağlı sualına cavab olaraq deyib ki, İsrailin müdafiəsi həyati əhəmiyyət kəsb edir və bu rejimə silah göndərilməsini dayandırmaq üçün heç bir məhdudiyyət yoxdur.

bundan sonra Bayden sionist rejimin tərtdiyi cinayətlərdə 31 mindən çox fələstinlinin şəhid olmasına da toxunaraq əlavə edib: “İsrail HƏMAS-ın təqibi nəticəsində daha 30.000 fələstinlini qurban verməməli, əksinə alınan günahsız insanların həyatına daha çox diqqət yetirməlidir"