Mart 15, 2024 15:59 Asia/Baku
  • Avropa İttifaqı Qəzzəyə yardımların daxil olmasının artırılmasını istəyib

Avropa İttifaqı Qəzzəyə humanitar yardımların daxil olmasının artırılmasını istəyib.

Beynəlxalq orqanların və müxtəlif ölkələrin/ sionist rejimin Qəzzə sakinlərinə qida maddələrinin və dərmanların göndərilməsini əngəlləməsinin acınacaqlı nəticələri barədəki ardıcıl xəbərdarlıqları və tənqidlərindən sonra/ Avropa İttifaqının komissarı Elissa Freyra Avropa Parlamentinin iclasında Qəzzədə geniş qıtlığın, həmçinin sionist hərbçilərin humanitar yardımlar almağa çalışan fələstinlilərə qarşı hücumlarının qaçılmaz təhlükəsi barədə deyibdir ki: Kədərli Qəzzə hadisələri əsirlərin azad edilmələri, humanitar yardımların artırılması və müharibəyə son qoyulması zərurətinə təkid edir.

Avropa İttifaqının komissarı əlavə edib: Qəzzənin vəziyyətindən nigaran olan hər kəs yardımların Qəzzəyə daxil olması üçün İsrail rejimini təzyiq altında qoymalıdır.

Elissa Freyra bildiribdir ki, dünya ictimaiyyəti İsrail rejimi hərbçilərinin zorakılıqları və aclıq qarşısında mülkilərin qorunmaları üçün tədbir görməlidir.

O, vurğulayıb: Avropa İttifaqı BMT-nin fələstinli didərginlərə yardım və onların işə düzəldilməsi agentliyi- UNRWA ilə əməkdaşlığı davam etdirəcək.

UNRWA bildiribdir ki, agentliyə yardımların bərpa edilməyəcəyi təqdirdə, UNRWA fevral ayı bitəndən sonra fəaliyyət göstərməyə qadir olmayacaq.

Beynəlxalq orqanlar və Fələstin xalqı Amerikanın və bəzi Qərb ölkələrinin BMT-nin fələstinli didərginlərə yardım və onların işə düzəldilməsi agentliyi- UNRWA-nın büdcəsinin kəsilməsi üzrə hərəkətlərini, Qəzzə əhalisinə qarşı soyqırımı müharibəsində iştirak hesab edirlər. Amerika başda olmaqla Qərb ölkələri elə bir halda sionist rejimin iddiasını bəhanə gətimərklə UNRWA-ya yardımlarını dayandırıblar ki, BMT bundan öncə bildirmişdi: Qəzzənin 4,2 milyon nəfərlik əhalisinin dörddə bir hissəsi qıtlığın bir addımlığındadır. Uşaqlar da ən pis qidalanma şəraitindədirlər və atəşkəs, “ağıl və insanlığın qələbəsi üçün sonuncu fürsət”dir.

Fələstinli məsul şəxslər bu qənaətdədirlər ki, İsrail rejimi Qəzzə əhalisini ac saxlamaq və ona təzyiq göstərməklə onun didərginliyinə zəmin yaratmaq niyyətindədir. Belə bir şəraitdə Amerika bir nümayişkaranə və təbliğat hərəkətində havadan Qəzzəyə qida və dərman yardımları göndərməklə iddia edibdir ki, bu bölgənin sakinlərinə yardım etmək niyyətindədir. Amma Fələstinin və beynəlxalq yardım təşkilatlarının başçıları etiraf edirlər ki, bu, yalnız bir təbliğat hərəkəti olub.