Pakistanın ölkə başçısı və baş naziri Novruz bayramını təbrik ediblər
Pakistan Prezidenti və ölkənin Baş Naziri Novruzuq qeyd edən ölkələri qədim Novruz bayramının gəlişi münasibətilə təbrik ediblər.
Bu barədə Pakistan prezidenti Asif Əli Zərdari prezident aparatının "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edərək Novruzun gəlişi münasibətilə dünya xalqlarını, eləcə də bu bayramı qeyd edən Pakistanlıları təbrik edib.
“Novruzun hər kəsə firavanlıq, əmin-amanlıq, xoşbəxtlik və tərəqqi gətirməsini arzu edirik” –deyə prezident qeyd edib.
“Pakistanda və dünyada Novruz bayramını qeyd edənlərin hamısına səmimi salamlarımı və təbriklərimi göndərirəm. Bu gün yazın gəlişinə, təbiətin oyanması ilə bağlı bir gündür və gələn il nemətlərimizin qədrini bilmək, ümid və arzularımızı bölüşmək fürsətidir.” -Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif də Novruz təbrikində bildirib.
Bundan əlavə ötən gün Pakistanın Tehrandakı səfiri İran xalqını qədim Novruz bayramı gəlişi və yeni günəş ilinin başlanması münasibətilə təbrik edib.
Məhəmməd Müdəssir Tipu Novruz hadisəsi İranın tarixində və mədəniyyətində çox önəmli yer tutur və bu münasibətlə İran xalqını Novruzun gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm və dua edirəm ki, Novruz hamımıza sülh, firavanlıq və xoşbəxtlik gətirsin.