Mart 21, 2024 14:37 Asia/Baku

ABŞ-ın "National Interest" jurnalı öz analitik şərhində NATO-nun Ukraynanı köhnə silahlarının zibilxanasına çevirməsindən bəhs edib.

Nəşr yazır ki, Ukraynaya yardım etdiyini iddia edən NATO hərbi alyansı əslində iki illik müharibə ərzində Ukraynaya sadəcə köhnəlmiş silahlar göndərib.

Məqalədə deyilir: “NATO liderlərinin və Qərb mediasının irəli sürdüyü miflərdən biri ondan ibarətdir ki, Qərb texnikası Ukraynaya Rusiyaya qarşı müharibəni davam etdirməyə kömək edib. Amma reallıq budur ki, Ukrayna NATO-nun köhnə silahlarının zibilxanasına çevrilib və ölkəyə verilən texnika tullantıdan başqa bir şey deyil. Məsələn, Fransa hökuməti Kiyevə kömək etmək öhdəliyinə sadiq olduğunu iddia edir. Nəticədə bu ölkə Ukraynaya çoxlu sayda yüngül zirehli tanklar göndərib. Lakin bu tanklar 1980-ci illərin əvvəllərinə aiddir və Fransa Ukrayna hərbi əməliyyatlara başlamazdan bir il əvvəl bu tankları mərhələli şəkildə ləğv etməyə başlamışdı. Adı çəkilən tanklardan istifadə edən ukraynalılar belə texnikanın müharibə üçün "yararsız" olduğunu dəfələrlə dilə gətiriblər”.