Apr 15, 2024 11:19 Asia/Baku
  • Pakistan Xarici İşlər Nazirliyinin keçmiş rəsmisi: “İran İsrailə dərs verdi”

Pakistan Xarici İşlər Nazirliyinin keçmiş katibi Şəmşad Əhməd Xan İslam İnqilabı Keşikçiləri Korpusunun sionistlərin Dəməşqdəki konsulluğuna qarşı cinayətinə PUA və raketlərlə cavab verməsi haqda verdiyi müsahibədə bildirib ki, İran sionist rejimin cinayətlərinə sarsıdıcı cavab verdi və sanki onlara dərs verdi.

Keçmiş Pakistan rəsmisi əlavə edib ki, İranın cavab tədbiri hüquqi baxımdan da düzgün və vaxtında idi.İran o qədər sərt cavab verdi ki, dünya heyrətə gəlmişdi. İran BMT Nizamnaməsinə əsaslanaraq hüququndan istifadə edib.Şəmşad Əhməd Xan daha sonra deyib: “Mən iranlıları yaxşı tanıyıram, dünyada qeyrətli müsəlman xalqı varsa, o da İrandır”

Teqlər