May 04, 2024 17:14 Asia/Baku
  • İlon Mask:  Dolların sonu gələcək

ABŞ-ın dövlət borcu problemi həll olunmasa, dolların sonu gələcək. Bu barədə amerikalı milyarder İlon Mask X səhifəsində yazıb.

“Dövlət borcları ilə bağlı nə isə etmək lazımdır, əks halda dolların dəyəri olmayacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Co Baydenin prezidentliyi dövründə ABŞ-ın dövlət borcu 34,4 trilyon dollara çatıb.

Eyni zamanda ABŞ-ın müdaxiləçi və hegemonçu siyasətlərindən mənşə alan bu ölkənin müstəqil dövlətlərə qarşı birtərəfli sanksiya siyasəti, dollardan istifadəni məhdudlaşdırıb.

Beləki, sanksiyaya məruz qalan ölkələr biri biri ilə ticarət əlaqələrində öz milli valyutalarından istifadəyə üstünlük verirlər.

Dolların dünyaya ağalığına səbəb olan ABŞ-ın hegemoniyası dövrünün artıq bitdiyi barədə də ciddi təhlillər var.

Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrellə görə soyuq müharibədən sonrakı beynəlxalq sistem artıq mövcudluğunu dayandırıb və ABŞ hegemon statusunu itirib.

 “Soyuq müharibədən sonra yaşadığımız beynəlxalq sistem mövcud olmağı dayandırdı, Amerika hegemon statusunu itirdi və 1945-ci ildən sonrakı dünya nizamı çökür", - Borrell vurğulayıb.

O belə bir şərayitdə AB və Böyük Britaniyanın rolunun müəyyən edilməsinin vacibliyini vurğulasa da eyni zamanda AB-nin də əvvəlki rolunu itirəcəyi barədə təhdidlərin ciddiliyini xatırladıb.

"Bu, artan təhlükələrə necə cavab verməyimizdən asılı olacaq. Avropanın "ölə" biləcəyi ilə bağlı xəbərdarlıqları eşitdiyimiz üçün bu, təcili əhəmiyyət kəsb edir",-Jozep Borrell deyib.

 

Teqlər