May 09, 2024 12:40 Asia/Baku
  • Zaxarova Ukraynaya ezam olunan hərbçilərə xəbərdarlıq etdi

“Fransızlar Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Ukraynaya ezam olunan hərbçilərə xəbərdarlıq edib.

Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun müvafiq bəyanatlarını şərh edərkən bildirib ki, Fransa qoşunları Ukrayna münaqişəsi zonasına daxil olsalar, Rusiya ordusunun hədəfinə çevriləcəklər.

Bundan əvvəl Makron "Economist"ə müsahibəsində bildirmişdi ki, Ukraynadan müraciət olarsa, Ukraynaya qoşun yeridilməsi ehtimalını istisna etmir. Onun sözlərinə görə, "bir çox Avropa İttifaqı ölkələri" qoşunların mümkün göndərilməsi ilə bağlı Fransanın yanaşması ilə razılaşıb.

Zaxarova brifinqdə deyib: “Bizim üçün vəziyyət artıq çoxdan müəyyəndir. Əgər fransızlar münaqişə zonasında görünsələr, onlar qaçılmaz olaraq Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər”.

 

Teqlər