Baş katibin müavini Fransaya yox dedi
https://azeri.sahartv.ir/news/dünya-i411106-baş_katibin_müavini_fransaya_yox_dedi
Fransa prezidentinin Ukraynaya qoşun göndərilməsi ilə bağlı istəyi NATO tərəfindən rədd edilib.
(last modified 2024-05-12T07:07:48+00:00 )
May 12, 2024 11:04 Asia/Baku
  • Baş katibin müavini Fransaya yox dedi

Fransa prezidentinin Ukraynaya qoşun göndərilməsi ilə bağlı istəyi NATO tərəfindən rədd edilib.

NATO baş katibinin müavini Mirça Coana Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı son bəyanatlarını şərh edərkən deyib: “Qərarların konsensusla qəbul edildiyi NATO səviyyəsində hazırda Ukraynada NATO qüvvələrini yerləşdirməklə bağlı nə planımız, nə də siyasi niyyətimiz var”.

NATO rəsmisi əlavə edib: “Müttəfiqlik səviyyəsində biz Ukraynaya hər cür dəstək verməkdə maraqlıyıq, lakin eyni zamanda bu müharibənin NATO ilə Rusiya arasında daha böyük münaqişəyə çevrilməməsini istəyirik”.