May 14, 2024 14:11 Asia/Baku
  • Rusiya döyüş meydanında Qərblə vuruşmağa hazırdır

Rusiyanın xarici işlər naziri deyib: "Moskva mövcud reallığı nəzərə alaraq, Ukrayna böhranının həlli üçün danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib. lakin əgər Qərb ölkələri Ukrayna münaqişəsini döyüş meydanında həll etmək istəyirlərsə, Moskva buna hazırdır".

Lavrov Rusiya parlamentində etdiyi çıxışında əlavə edib: "Bu, onların yəni Qərb ölkələrinin hüququdur - əgər onlar münaqişəni döyüş meydanında həll etmək istəyirlərsə, bu, döyüş meydanında olacaq".

Ukrayna üzrə gələn ay İsveçrədə keçirilməsi planlaşdırılan və Rusiyanın dəvət olunmadığı sülh danışıqları Ukrayna konfransından danışan Lavrov vəziyyəti “məktəbliyə töhmət vermək”lə bənzədib və əlavə edib: "Konfrans... Rusiyaya bir daha ultimatum verməklə nəticələnəcək".

Qeyd edək ki, İsveçrə iyunun 15-dən 16-dək Ukrayna böhranı ilə bağlı yüksək səviyyəli konfransa ev sahibliyi edəcək.

İsveçrə tədbirdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən 160-dan çox nümayəndə heyətini dəvət etdiyini qeyd edib. Rusiya qonaqlar siyahısına daxil edilməyib.