May 14, 2024 18:49 Asia/Baku
  • Gürcüstan Parlamenti ölkəni qərb təhlükəsindən qorudu

Gürcüstan Parlamenti nəhayət Qərbin mane olmaq istədiyi “xarici agentlər haqqında” qanun layihəsini qəbul edib.

Mayın 14-də Gürcüstan parlamenti Tbilisidə bir aydır davam edən etirazlara səbəb olan xarici agentlər haqqında qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib. 84 deputat sənədin lehinə, 30 deputat isə əleyhinə səs verib. Səsvermə zamanı müxalif deputatlar və hakim partiyadan olan deputatlar arasında dava düşüb. 

İndi qanunu ölkə prezidenti Salome Zurabişvili imzalamalıdır. O, veto qoyacağını demişdi.

Sənəd "xarici dövlətin maraqlarını həyata keçirən Qeyri Hökumət adını daşıyan təşkilatlara yönəlib, bu, maliyyə mənbəyinin 20%-dən çoxu xaricdən gələn QHT-lər və KİV-ləri nəzərdə tutur.

Layihənin şamil olunacağı təşkilatlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər. Qanunun yerinə yetirilməməsi 3,7 min dollardan 9,4 min dollara qədər cərimə ilə cəzalandırılacaq. 

ABŞ və Avropa dövlətlər və qrumlarının müdaxilələri nəticəsində Aprelin 15-dən etibarən Tbilisidə, 2023-cü ildə olduğu kimi, qanunun geri çəkilməsi tələbi ilə mitinqlər keçirilir. İkinci oxunuşun olduğu gün keçirilən aksiyalar etirazçılarla polis arasında qarşıdurmalara və Avropa İttifaqı və ABŞ-ın polisin hərəkətlərini pisləyərək, mitinq iştirakçılarını dəstəkləməsinə gətirib çıxarıb. Sonradan bəzi həbs olunan iğtişaşçılar qərbə bağlı təşkilatlardan pul aldıqlaırnı etiraf ediblər.

Bu gün Tbilisidə baş nazir İrakli Kobahidzenin ABŞ Dövlət Departamentinin sanksiyalar idarəsinin rəhbəri Cim O'Brayenlə iki saat davam edən görüşü keçirilib. Qeyri-rəsmi məlumatlara görə, Cim O'Brayen, Gürcüstan hakimiyyətini bu qanunu qəbul etməkdən çəkindirməyə çalışıb və sanksiyalarla hədələyib.