Çin ABŞ-a xəbərdarlıq edib
ABŞ senatının nümayəndələrinin Tayvana səfəri Çini qəzəbləndirib. Çin bu kimi hərəkətlərin qarşılıqlı münasibətlərin pozulmasına gətirib çıxaracağını bildirib.
Çinin Vaşinqtondakı səfirliyi ABŞ hakimiyyətini Tammi Dakvort və Dan Sallivanın başçılıq etdiyi ABŞ Senatının nümayəndə heyətinin Tayvana səfərini təşkil etdiyinə görə tənqid edib. Bu barədə The Wall Street Journal əlinə keçən sənədə istinadən xəbər verir.
"Tayvan məsələsi Çinin maraqlarının əsasını təşkil edir. ÇXR ayrı-ayrı ABŞ senatorlarını "Tayvan kartı" ilə oynamaqdan, Pekinin daxili işlərinə qarışmaqdan, həmçinin adada separatçı qüvvələrə kömək etməkdən əl çəkməyə çağırıb, çünki bu, ikitərəfli münasibətlərin pozulmasına gətirib çıxarır.
ABŞ konqresmenlərinin Tayvana səfəri mayın 28-də yerli administrasiyanın yeni rəhbəri Lay Sindenin andiçmə mərasimi ilə əlaqədar baş tutub.
Pekinin əksər ölkələrin, o cümlədən Rusiya tərəfindən dəstəklənən rəsmi mövqeyinə görə, bu, ÇXR-in əyalətlərindən biridir.