Fələstin tərəfdarları Ağ Ev qarşısına toplaşıblar
Minlərlə amerikalı sionist rejimin Qəzzə zolağına hücumlarına, eləcə də ABŞ-ın bu rejimə dəstəyinin davam etməsinə etiraz olaraq, Ağ Ev qarşısına toplaşıblar.
Etirazçılar öz şüarlarında ABŞ prezidenti Co Baydenin sionist rejimin Rəfəhə son hücumlarına reaksiyasını pisləyib və “Bayden özünü satıb və işdən azad edilməlidir” şüarını səsləndiriblər.
Onlar, həmçinin Fələstin bayraqları və Qəzzədəki soyqırımı pisləyən və üzərində “Bayden, əllərin qana bulaşıb” və “Fələstini azad edin” kimi şüarlar yazılmış pankartlar daşıyıblar.
Məlumata əsasən, Amerika polisi bibər qazından istifadə edərək, nümayiş iştirakçılarını həbs etməyə və dağıtmağa calışıb.
ABŞ dövləti oktyabrın 7-də Qəzzə müharibəsi başlayandan bəri sionist rejimə hərtərəfli yardımlarını, xüsusilə də hər cür silah, sursat və bombaların göndərilməsini daha da gücləndirdi və hətta ABŞ prezidenti Co Bayden müharibənin ilk günlərində sionist rejimin Qəzzədəki cinayətlərinə dəstək məqsədilə işğal olunmuş ərazilərə səfər etdi və və Təl-Əviv başçıları ilə görüş keçirdi.