İyun 09, 2024 17:18 Asia/Baku

Kanadadakı Fələstin tərəfdarları Toronto küçələrinə çıxaraq, Fələstinin Qəzzə zolağının məzlum xalqı ilə həmrəy olduqlarını bəyan ediblər və Fələstinin azadlığı şüarı səsləndiriblər.

Fələstin tərəfdarları Qəzzədə Fələstin xalqına dəstək olmaq üçün şənbə günü Toronto küçələrinə çıxaraq, Fələstinin böyük bayrağını qaldırıb, özləri ilə daşıyıblar.

Böyük bir Fələstin bayrağının nümayişindən qəzəblənən Toronto polisi, nümayişçilərə zorakılıqla hücum edib aralarında bir qadın da olmaqla çoxlu sayda Fələstin tərəfdarını döyərək, həbs edib.  

Fələstin tərəfdarları Toronto polisinin qarşısında dayanaraq, əhaliyə qarşı zorakı rəftarlarına görə onlara qarşı şüarlar səsləndiriblər.