İyun 13, 2024 13:13 Asia/Baku
  • İşğalçı rejim tərəfindən öldürülən uşaqların sayı minlərlədir

Bu barədə beynəlxalq təşkilatın baş katibi Antonio Quterreşin hesabatında deyilir ki, BMT 2023-cü ildə Qəzza zolağında 2,1 mindən çox uşağın öldüyünü təsdiqləyə bilib.

Sənəd 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək olan hadisələrə aiddir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru isə Qəzza zolağında uşaqların vəziyyətini ağrılı və kədərli adlandırıb.

Ketrin Rassel ümumilikdə ötən il oktyabrın 7-dən bugünədək sionist rejimin hücumları nəticəsində 13 mindən çox fələstinli uşağın şəhid olduğunu bildirib.