İyun 26, 2024 15:02 Asia/Baku
  • Vaşinqton təhlil mərkəzi: “Livandakı müharibə, İsrailə baha başa oturacaq”

Vaşinqton analitik mərkəzi yayımladığı məqaləsində açıqlayıb ki, İsrail ordusu Hizbullahla qarşılaşması üçün “xəyal və fantaziyalar” qurmur və bu müharibədə onu nələrin gözlədiyini yaxşı bilir.

Məqalədə bildirilir ki, İsrail Livanın cənubunda mövcud şərtləri dəyişdirmək və Fələstinin işğal olunmuş şimal ərazilərində təhlükəsizliyi bərpa etmək üçün güclü təzyiqlə üzləşib.

Bu məqaləyə görə, bütün təzyiqlərə baxmayaraq, İsrail rejim ordusu Hizbullahla müharibənin nə demək olduğunu çox yaxşı bilir və bu müharibənin mümkün nəticələrini gözə alıb.

 “İsrail Hizbullahla müharibənin hərbi və mülki əhaliyə vurduğu ziyanın tarixində görünməmiş olacağını bilir”-məqalədə əlavə olunur.

Bundan əlavə istər Vaşinqton rəsmiləri və istərsə də İsrail rejiminin siyasi cinahları və müharibə eksperləri Livanla başlayacaq hər hansı eskalasiyanın regiona ciddi təhlükə yaratamaqla bərabər rejim üçün ağır xəsarətlər vura biləcəyi xəbərdarlığını ediblər.

 

Teqlər