Venesuela ilə münasibətlər davam və daha da inkişaf edəcək
Venesuela prezidenti Nikolas Maduro telefon danışığında Məsud Pezeşkianı prezident seçkilərində xalqın etimadını qazanması və İran xalqının geniş iştirakı ilə böyük seçki prosesinin uğurla keçirilməsi münasibətilə təbrik edib.
Venesuela prezidenti Şəhid Rəisinin xatirəsini əziz tutaraq onun itkisinin Venesuela hökuməti və xalqı üçün çox kədərli və ağrılı olduğunu bildirib.
Prezident Maduro cənab Pezeşkianın başçılığı altında iki ölkə arasında yaxşı və möhkəm əlaqələrin davam edəcəyinə və gündən-günə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
“Sizi əmin edirik ki, Venesuela sizin əsl dostunuz və dəstəkçiniz olaraq qalacaq, zati-alilərinizin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və yaxşılaşdırılması istiqamətində möhkəm iradə göstərəcəyinizə inanırıq”-deyə Nikolas Maduro İran İslam Respublikasını Venesuelanın əsl dostu və daimi dəstəkçisi olduğunu diqqətə çatdırıb
Telefon danışığında Venesuela prezidentinin təbrik mesajını yüksək qiymətləndirməklə yanaşı, İran İslam Respublikasının mərhum prezidenti Ayətullah Rəisinin şəhadəti münasibətilə İran hökuməti və xalqına dərin rəğbət və həmrəyliyinə görə cənab Pezeşkian ö minnətdarlığını ifadə edib.
“ İranın xarici siyasətində Venesuelanın xüsusi yeri var və biz çox şadıq ki, iki ölkə arasında əməkdaşlıq səviyyəsi yüksək səviyyədə və bütün sahələrdə inkişaf xətti üzrədir.
Prezident Pezeşkian daha sonra əlavə edib ki, İran İslam Respublikası və Venesuelanı birləşdirən azadlıq, müstəqillik və ədalət tələb kimi müştərək ideallar və çağırışlar var.
Cənab Pezeşkian Venesuelalı həmkarına Fələstin məsələsi və Qəzzənin məzlum xalqına dəstək mövzusunda ortaq baxış nöqtəsinin və mövqelərin olduğunu xatırladaraq bildirib ki, şübhəsiz ki, dövlətçiliyimiz Venesuela ilə əməkdaşlığı davam etdirməyə və inkişaf etdirməyə daha da səy göstərəcək.
Prezident Pezeşkian sonda Venesuela hökumətinə və xalqına uğurlar, firavanlıq arzulamaqla yanaşı bu ölkənin prezidentinin qarşıdan gələn mühüm seçkilərdə uğur qazanmasını istəyərək Maduronu İrana səfərə dəvət edib.